Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 May 2026 Diqər xəbərlər Diqər xəbərlər

BDU-nun TƏLƏBƏLƏRİ GEOLOGİYA İNSTİTUTUNDA İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİBLƏR

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Geologiya və geofizika mühəndisliyi ixtisası üzrə IV kursunda təhsil alan 12 tələbə ETN Geologiya İnstitutunda dörd həftəlik istehsalat təcrübəsi keçib.


Tələbələr bu müddət ərzində İnstitutun uyğun şöbələrində istehsalat təcrübəsi keçərək elmi-tədqiqat işlərini icra edərək müasir cihaz və avadanlıqların iş pinsipi ilə də yaxından tanış olublar. Həmçinin bu elm ocağında reallaşan lektoriyalarda, gənc tədqiqatçıların elmi seminarlarında və digər tədbirlərdə iştirak ediblər. Bütün bunlar tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi, onlarda elmi tədqiqat işlərini sərbəst şəkildə yerinə yetirmək vərdişlərinin formalaşdırılması məqsədi daşıyıb.


Mütəxəssislərin fikrincə, ali təhsil müəssisələri tələbələrinin elmi-tədqiqat atmosferində istehsalat təcrübələri elm və təhsil vəhdətinin genişləndirilməsində, həmçinin yüksək ixtisaslı kadrların hazırlanmasında vacib addımlardandır.  

BDU-nun TƏLƏBƏLƏRİ GEOLOGİYA İNSTİTUTUNDA İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİBLƏR
next
next