Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 May 2026 Diqər xəbərlər Diqər xəbərlər

ETN GEOLOGİYA İNSTİTUTUNDA ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMU İLƏ BAĞLI DAHA BİR TƏDBİR

Dayanıqlı şəhərlər, ekoloji tikinti, yaşıl enerji, şəhər mühitində mədəni irsin qorunması və insanyönümlü yaşayış mühitinin yaradılması kimi əsas mövzulara həsr olunacaq BMT-nin Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı ETN Geologiya İnstitutunda (Gİ) “dəyirmi masa” təşkil olunub. Tədbirə Gənc Alim və Mütəxəssislər Şurasının GAMŞ) sədri Emin Quliyev sədrlik edib.  


“Dəyirmi masa”da İnstitutun gənc alim və mütəxəssisləri ilə yanaşı, Bakı Dövlət Universitetinin geoloq tələbələri də iştirak ediblər. Gİ Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov iştirakçılar qarşısında “Təbii geoloji amillərin şəhərsalma proseslərinə təsiri: Bakının palçıq vulkanlarının nümunəsində” mövzusunda  təqdimat reallaşdırıb. 


Məruzəçi Bakı və Abşeron yarımadasında geniş yayılan bəzi palçıq vulkanlarının təsir zonalarında müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinin, həmçinin fərdi yaşayış evləri tikintisinin inşasının dayanıqlı şəhərsalma prinsiplərinə zidd olduğu, ciddi ekoloji-geoloji risklər yaratdığını vurğulayıb. Güclü alovlanma, böyük həcmdə vulkan palçığının yer səthinə atılması və kilometrlərlə uzanan çatların əmələ gəlməsi kimi proseslərlə müşayiət olunan vulkan püskürmələrinin Azərbaycanda tələfat və dağıntılara səbəb olduğu tarix xatırlanaraq təhlükəsiz şəhər mühitinin təşkilində bu amillərin nəzərə alınmasının vacibliyi qeyd edilib. Unikal geoloji obyektlərə antropogen təsirlərin məhdudlaşdırılması üçün Azərbaycan Prezidentinin 2007-ci il Sərəncamı ilə yaradılmış Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun müstəsna rolu diqqətə çatdırılıb. Eyni zamanda, sessiyanın ekoloji hədəfləri müstəvisində palçıq vulkanlarından ayrılan qaz emissiyalarının qlobal metan büdcəsinə təsiri təhlil edilib və təbiətlə harmoniyada olan təhlükəsiz yaşayış mühitinin inkişafı üçün təkliflər səsləndirilib.


O.Abbasov sonda iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

ETN GEOLOGİYA İNSTİTUTUNDA ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMU İLƏ BAĞLI DAHA BİR TƏDBİR
ETN GEOLOGİYA İNSTİTUTUNDA ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMU İLƏ BAĞLI DAHA BİR TƏDBİR
ETN GEOLOGİYA İNSTİTUTUNDA ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMU İLƏ BAĞLI DAHA BİR TƏDBİR
ETN GEOLOGİYA İNSTİTUTUNDA ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMU İLƏ BAĞLI DAHA BİR TƏDBİR
next
next