Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Apr 2026 Diqər xəbərlər Diqər xəbərlər

ABŞERON YARIMADASINDA PALÇIQ VULKANI PÜSKÜRMƏSİ İLƏ BAĞLI YAYILAN XƏBƏRLƏR TƏSDİQİNİ TAPMAYIB - MONİTORİNQLƏRİN NƏTİCƏLƏRİ

Kütləvi informasiya vasitələrində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyalarına istinadən aprelin 9-da Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanında püskürmə qeydə alınması ilə bağlı məlumat yayılıb. Geniş ictimailəşən informasiyanın dəqiqləşdirilməsi məqsədilə ETN Geologiya İnstitutunun (Cİ) “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları tərəfindən yarımadada operativ elmi monitorinq aparılıb və cöl-tədqiqat işləri nəticəsində sözügedən vulkanda hər hansı püskürmə hadisəsinin baş vermədiyi müəyyən edilib.

Elmi araşdırmalar zamanı Qaraheybət palçıq vulkanına aid salzada (palçıq gölməçəsində) lokal aktivləşmə qeydə alınıb və təxminən 800 kvadratmetrlik kiçik bir sahənin duru palçıq axını ilə örtüldüyü aşkarlanıb. Qeydə alınan bu proses palçıq vulkanı püskürməsi deyil, zəif dərinlik qaz təzyiqi fonunda, səthəyaxın intervallarda yağış sularının dominantlığı ilə formalaşan lokal hidrodinamik aktivləşmənin qısamüddətli təzahürü kimi qiymətləndirilib.

ETN Geologiya İnstitutu medianin və ictimaiyyətin diqqətinə çatdırır ki, ölkə ərazisindəki palçıq vulkanlarında baş verən püskürmə hadisələri daim izlənilir. Hər hansı püskürmə haqqında məlumat olduqda, “Palçıq vulkanizmi” şöbəsinin mütəxəssis-alimləri tərəfindən dərhal hadisə yerində elmi monitorinqlər aparılmaqla kompleks tədqiqatlar həyata keçirilir. Proses zamanı səthə xaric olunan kütlənin həcmi, yayılma arealı, əmələ gələn tektonik dislokasiyaların parametrləri, yaxın infrastrukturlar üçün yaranmış təhlükə riskləri və s. elmi əsaslarla qiymətləndirilir və əldə olunan nəticələr barədə ictimaiyyətə rəsmi məlumat verilir.

next
next