Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 Feb 2026 Mühüm hadisələr Mühüm hadisələr

GGİ İLƏ “AZERGOLD” QSC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” QSC arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Sənədi İnstitutun baş direktoru akademik Akif Əlizadə və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.


Memorandum Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində elmin, iqtisadiyyat və sənayenin inkişafındakı roluna dair müəyyən etdiyi strateji istiqamətlərin praktiki icrasına xidmət üçün nəzərdə tutulub. Sənəd hər iki qurumun elm və sənaye arasında əməkdaşlığının yeni mərhələyə keçidini təmin edəcək.


Anlaşma Memorandumu elmi-texniki əməkdaşlığın genişləndirilməsi, yer təkinin tədqiqi sahəsində innovativ fəaliyyətlərin təşviqi, nəcib, əlvan və qara metal filiz yataqlarının geoloji-geofiziki öyrənilməsi, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasına dəstək, eləcə də məsləhət və texniki təlim xidmətlərinin təşkili kimi mühüm istiqamətləri əhatə edir.


Sənəd çərçivəsində ölkə ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qızıl filizləşməsinin tədqiqi və qiymətləndirilməsi, regiondakı qızıl yataqlarının müqayisəli mineraloji və geokimyəvi təhlilinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bununla yanaşı, innovativ texnologiyaların tətbiqi əsasında həmin ərazilərin müasir geoloji və tektonik xəritələrinin hazırlanması nəzərdə tutulur.


Qeyd edək ki, GGİ ilə  QSC “AzerGold” arasında ilk Anlaşma Memorandumu 2016-cı ildə imzalanıb. Həmin sənəd çərçivəsində İnstitut alimləri tərəfindən istehsalat tullantılarının sənayedə istifadəsi perspektivlərinə dair elmi əsaslandırılmış yanaşmalar hazırlanıb. İnstitutun alim və mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə olunub. Bu əməkdaşlıq nəticəsində ölkənin qızıl yataqları üzrə müasir geoloji-genetik modellər işlənərək hazırlanıb. Həmin modellər hazırda da “AzerGold” QSC-nin geoloqları tərəfindən proqnozlaşdırma və planlaşdırma proseslərində uğurla tətbiq olunur.

 

GGİ İLƏ “AZERGOLD” QSC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
GGİ İLƏ “AZERGOLD” QSC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
GGİ İLƏ “AZERGOLD” QSC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
GGİ İLƏ “AZERGOLD” QSC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
GGİ İLƏ “AZERGOLD” QSC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
GGİ İLƏ “AZERGOLD” QSC ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
next
next