Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Dec 2025 Diqər xəbərlər Diqər xəbərlər

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!

GGİ kollektivində neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Şahvələd MÜƏLLİMİ hamı yaxşı tanıyır. İlin son günündə təvəllüd tapmış 90 yaşlı ağsaqqal-ziyalıdan danişanda, “müəllim” sözünü vurğu ilə demək təsadüf deyil. Çünki o, gənclik illərindən öyrədən, biliyini bölüşən olub. Şahvələd müəllim o zamankı gənc geologiya alimi, ədəbiyyatçı, tarixçi, riyaziyyatçı, coğrafiyaçı, bioloq, kimyaçı... ixtisasına yiyələnmək istəyənləri “imtahana” çəkər, konkret fikir və mülahizələrini onlarla bölüşərdi. O zaman hətta belə bir deyim də yaranmışdı: “Əvvəlcə gedib Şahvələd əminin imtahanlarından keçmək lazımdır...”


Gənc Şahvələd indiki Bakı Dövlət Universitetinin “Geoloji-coğrafiya” fakultəsinin “Neft-qaz geologiyası” ixtisası üzrə bitirib. Yalnız elm dalınca gedib yüksək dərəcəyə da nail ola bilərdi. Amma yerin təkindən gələn Azərbaycan neftinin mənbəyi, “xarakteri” onun elmi yaradıcılıq düşüncələrini daim məşğul edirdi. Özü də neft sənayesi sektorunda məsul vəzifələrdə çalışanda fəaliyyəti elm-təcrübə-istehsalat üçbucağı çərçivəsində formalaşmışdı. Məhz bu fəaliyyət prinsipi onu istedadlı, peşəkar mütəxəssis kimi tanıtmışdı. İçindən gələn yaradıcılıq romantikası onun asudə vaxtlarda qələmə sarılıb elmi, publisistik yazılar yazmağa sövq edirdi. "Azərbaycanın neftli-qazlı geologiyasının problem məsələləri" monoqrafiyası, “İnsanın öz dünyası”, “Esselər” kitabları və sayını itirdiyi elmi məqalələri bu cür meydana gəlib. Çünki o, fəaliyyət tempini daim qoruyub saxlayan, gənclik enerjisi ilə çalışan adamdır.


Ömrünün ahıl çağında da oxuyub öyrənməyi, səliqə-sahmanına diqqət yetirməyi, ölkə və dünya hadisələrini izləyib fikir mübadiləsi etməyi, GGİ-də elmi, ictimai, idman həyatınının fəal iştirakçı olmağı heç vaxt ikinci plana salmır. İdman demişkən. İnstitutumuzda keçirilmiş son mötəbər şahmat turnirində qalib yerlərdən birinin sahibi oldu. Müəssisəmizin baş direktoru akademik Akif Əlizadə, əsasən gənclərdən ibarət şahmatçılar və şahmat həvəskarları onu ürəkdən təbrik etdilər, Şahvələd müəllimin  gənclik şövqü ilə oyun nümayiş etdiyini dönə-dönə dilə gətirdilər.


Kollektiv hər baxımdan bu səliqəli şəxsi, mehriban, daim gülümsəyən, nikbin, məzəli söhbətlər müəllifinə, doğrudan da, hörmətlə yanaşır, onu sevir. Sevgi obyekti olanlar isə çox yaşayır, sağlam yaşayır, nümunəvi yaşayırlar. Əminik ki, bizim Şahvələd müəllim də ALLAH neməti kimi tam bir əsrlik ömrünü də bu qaydada yaşayacaq, şuxluğu və elmi fəaliyyəti ilə bizi, ailəsini sevindirəcək.

 

Döğum gününüz mübarək, Şahvələd müəllim!

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞAHVƏLƏD MÜƏLLİM!
next
next