Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA 2025-ci İLDƏKİ ELMİ FƏALİYYƏT ÜZRƏ HESABAT DİNLƏNİLİB
İnstitutun baş direktoru akademik Akif Əlizadə giriş sözündə xatırladıb ki, elmi müəssisə əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Sərəncamın icrasını təmin etmək məqsədilə “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsinə dair Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Sərəncamın icrasını təmin etmək məqsədilə “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsinə dair Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil edilməsi ilə əlaqədar Tədbirlər Planı çərçivəsində işlər həyata keçirilib.
İllik hesabat məruzəsi ilə çıxış edən Baş direktorun elmi məsələlər üzrə müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov İllik hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, 2025-ci ildə elmi-tematik plan üzrə tədqiqatlar 12 mövzunu və 12 elmi-tədqiqat işini əhatə etməklə, 6 problem üzrə aparılıb. Hesabat ilində 6 elmi-tədqiqat işi başa çatdırılıb. Fundamental elmi-tədqiqat işləri baxımından “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” icrası çərçivəsində institutun şöbələri səfərbər olaraq mühüm elmi nəticələr əldə ediblər.
Hesabat ilində elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 3 mühüm elmi nəticə alınıb.
- Qlobal plitələr tektonikası nəzəriyyəsi baxımından Qarabağın və Şərqi Zəngəzurun geoloji quruluşuna və geodinamiki təkamülünə müasir yanaşmanı əks etdirən “Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” adlı iki cildli monoqrafiya hazırlanmış və nəşr edilib.
- Mineraloji-geokimyəvi tədqiqatlar əsasında ilk dəfə olaraq Böyük Qafqazın cənub yamacında üst təbaşir yaşlı metasomatitlərdə borun datolit və bakerit minerallaşması ilə təmsil olunan filizləşmə aşkar olunaraq, bor filizinə yüksək perspektivli sahələr müəyyən olunub.
- Böyük Qafqazın cənub yamacının Vəndam tektonik strukturunun ərazisində aparılmış kompleks mineraloji-geokimyəvi tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq yeni, gizli polimetal filizləşmənin aşkar edilməsi üçün mühüm indikator olan alamozit mineralı aşkar edilib.
D.Hüseynov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Geologiya və Geofizika İnstitutuna ünvanlanmış müraciəti əsasında “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunda yerləşən Bahar palçıq vulkanı və Kəlbəcər rayonunun İstisu qəsəbəsindəki Yuxarı İstisu su mənbələrindən palçıq və su nümunələri götürülüb, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təlimatı əsasında hazırlanmış komponent (1:4 nisbətində) “Yerin radioaktiv sahələri” şöbəsində və “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzində analiz edilibnəticələr İşlər İdarəsinə təqdim olunub.
Məruzəçi sonra beynəlxalq laboratoriyalarla müştərək elmi təqdiqatlar, memorandum və müqavilələr, qrant layihələrinin icrası, innovasiya xarakterli tədqiqatlar və təkliflər, praktik yönümlü tədqiqatlar və çöl-təqdiqat işləri, elm və təhsilin inteqrasiyası-baza kafedraları, Gənc Alim və Mütəxəssislər Şurasının elmi fəaliyyəti, elektron elmin vəziyyəti, proqram təminatı, nəşriyyat fəaliyyəti və digər aspektlər üzrə geniş məlumat təqdim edib.
D.Hüseynov hesabat mərizəsində İnstitutun aparıcı alim və mütəxəssislərinin yubileyləri, qabaqcıl elmi əməkdaşların təltif edilməsi və mükafatlandırılması barədə də informasiya verib, həmçinin cihazlar və avadanlıqlar, sosial sferada fəaliyyət məsələlərini diqqətə çatdırıb.
Məruzə diqqətlə dinlənilib, çoxsaylı suallar cavablandırılıb və hesabat Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Sonda Təbiət Tarixi Muzeyinin direktoru biologiya elmləri namizədi Tariyel Eybatov illik hesabat məruzəsi ilə çıxış edib.