Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QEYD OLUNUB
AR ETN Geologiya və Geofizika İnstitutunda Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Həmkarlar İttifaqı Komitəsi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, elmi işçilər, doktorantlar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Daha sonra çıxış edən institutun HİK sədri geologiya-mineralogiya elmləri namizədi Kamran Əliyev Heydər Əliyevin Azərbaycan elminin, xüsusilə geologiya sahəsinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. Bildirib ki, Ulu Öndər ölkənin təbii sərvətlərinin öyrənilməsi, geoloji kadrların hazırlanması və elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edib.
Tədbir iştirakçıları həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxı izləyiblər.
Sonra Ulu Öndərin məzarı üstünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.