Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Dec 2025 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA KEÇİRİLƏN ŞAHMAT TURNİRİ BAŞA ÇATIB

ETN Geologiya və Geofizika İnstitutunda təşkil olunan AMEA-nın 80 illik yubileyi və 8 Noyabr – "Zəfər Günü”nə həsr olunmuş ənənəvi şahmat turniri uğurla başa çatıb. GGİ rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 noyabr - 03 dekabr tarixlərində keçirilən turnirə institutun əməkdaşları böyük maraq göstəriblər, müxtəlif  yaş qruplarından olan iştirakçılar mübarizədə iştirak edərək, zəka və strateji düşünmə bacarıqlarını nümayiş etdiriblər.

Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında III yer uğrunda keçirilən görüşdə GGİ-nin “Dinamiki geologiya” şöbəsinin aparıcı elmi işçisi Şahvələd Köçərli “Filiz maqmatik sistemləri və minerageniya” şöbəsinin mühəndisi Gülcamal İsayevaya 2:0 hesabı ilə qalib gələrək, üçüncü yeri qazanıb.


I yer uğrunda mübarizədə “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin kiçik elmi işçisi Tural Babayev “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin böyük laborantı Murad Qəhrəmanova 2:0 hesabı ilə qalib gələrək  turnirin çempionu adını qazanıb. Məntiqi olaraq Murad Qəhrəmanov 2-ci yerlə kifayətlənib.


Turnirin sonunda təşkilatçılar adından çıxış edən HİK sədri, geologiya-mineralogiya elmləri namizədi Kamran Əliyev bütün iştirakçılara və azarkeşlərə təşəkkürünü bildirib. Bundan sonra da əməkdaşların asudə vaxtının səmərəli təşkil olunmasında bu cür intellektual yarışların keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.Həmçinin iştirakçıların diqqətinə çatdırılıb ki, qaliblərin mükafatlandırılması GGİ elmi şurasının növbəti iclasında reallaşacaq.  

 

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA KEÇİRİLƏN ŞAHMAT TURNİRİ BAŞA ÇATIB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA KEÇİRİLƏN ŞAHMAT TURNİRİ BAŞA ÇATIB
next
next