Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Sep 2025 Diqər xəbərlər Diqər xəbərlər

İNSTİTUTDA DOKTORANTURAYA QƏBUL İMTAHANLARI BAŞA ÇATIB

Geologiya və Geofizika İnstitutunda 2025-ci il üçün doktoranturaya (fəlsəfə doktoru proqramı üzrə) qəbul imtahanları başa çatıb.

İmtahanlar sentyabrın 9-da Geologiya və Geofzika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin sədrliyi ilə fəlsəfə doktoru proqramına uyğun 2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” və 2512.01 – “Ümumi və regional geologiya (Paleontologiya və stratiqrafiya)” ixtisasları üzrə keçirilib.

Tədbir imtahan sədrinin müavinləri akademik Fəxrəddin Qədirovun və c.e.d. Yelena Tağıyevanın (Coğrafiya institutu), həmçinin aparıcı alimlərin iştirakı ilə reallaşıb.

İddiaçılar imtahanda yüksək nəticə göstəriblər.

İmtahan prosesi İnstitutun “Elmi-təşkilati” şöbəsinin əməkdaşları tərəfindən müşahidə olunub.

next
next