
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AMEA-nın GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ TƏŞKİLATÇILIĞI İLƏ “MİLLİ DƏYƏRLƏRLƏ RƏQƏMSAL GƏLƏCƏYƏ” ADLI YAY DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində “Milli dəyərlərlə rəqəmsal gələcəyə” şüarı altında gənc alim və tədqiqatçıların yay düşərgəsi təşkil olunub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgəyə 90 nəfər magistr, gənc alim və tədqiqatçı qatılıb. Düşərgədə Geologiya və Geofizika İnstitutunun gənc alimləri – Gənc Alim və Mütəxəssislər Şurasının sədri doktorant Emin Quliyev, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Reyhan Qaraşova, doktorant Emil Fətullayev və Cavid Omarov iştirak ediblər.
Düşərgənin keçirilməsindən məqsəd gənc alim və tədqiqatçıları bir araya gətirərək, onların ideoloji hazırlığının yüksəldilməsi, əlaqələrin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və yeni biliklərin əldə edilməsidir. Düşərgənin açılışı Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev iştirak ediblər.
Tədbirin davamı kimi Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazaxda səfərdə olan düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiyası təşkil olunub. Düşərgə günlərində gənc alimlər üçün təlimlər, intellektual yarışlar və maraqlı oyunlar təşkil olunub. Düşərgənin bağlanış mərasimində gənc alimlərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.