Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Apr 2025 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA KEÇİRİLMİŞ “GƏNC TƏDQİQATÇI ALİM” MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

Geologiya və Geofizika İnstitutunun doktorantları (gənc tədqiqatçı alimləri) üçün AMEA-nın 80 illik yubileyinə və 2025-ci ilin “Konstitutsiya və Suverenlik İli”nə  həsr olunmuş “Gənc tədqiqatçı alim” müsabiqəsinə yekun vurulub. Müsabiqədə İnstitutun 30 yaşa qədər təhsil almaqda olan fəlsəfə doktoru hazırlığı üzrə və həmçinin ötən il bitirmiş 9 gənc alimi iştirak edib.

Tədbirlə bağlı İnstitutun baş direktoru akademik Akif Əlizadənin əmrinə əsasən yaradılmış komissiya tərəfindən müəyyənləşdirilmiş meyarlar üzrə müsaibiqədə qiymətləndirmə aparılıb və qaliblər müəyyənləşdirilib. Həmçinin iştirakçıların təqdim etdiyi işlərin qiymətləndirilməsi nəticəsində qaliblər elan olunub.

Beləliklə, Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsinin kiçik elmi işçisi, II hazırlıq ilinin doktorantı Arina Murtuzayeva I yerə, Neftin geokimyası laboratoriyasının kiçik elmi işçisi, keçmiş doktorant Samir Zeynalov II yerə və Hidrogeologiya və geoekologiya şöbəsinin kiçik elmi işçisi II hazırlıq ilinin doktorantı Emil Fətullayev III yerə layiq görülüb.

Yaxın günlərdə müsabiqə qaliblərinə mükafat və hədiyyələr təqdim olunacaq.

next
next