
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
BİR SUAL
GGİ Filiz-maqmatik sistemləri və minerageniya şöbəsində tədqiqat istiqamətləri haqqında məlumatı qurumun rəhbəri geologiya-mineralogiya elmləri namizədi Rauf Kərimov təqdim edir.
- Məlumdur ki, “Filiz-maqmatik sistemləri və minerageniya” şöbəsi filizlərin mineraloji-geokimyəvi və genetik xüsusiyyətlərinin öyrənilməsi, maqmatik və filizyerləşdirici süxurlarda nəcib, əlvan, radioaktiv, nadir və nadir torpaq elementlərinin toplanma potensialının araşdırılması, onların yeni, qeyri-ənənəvi ehtiyatlarının aşkar edilməsi istiqamətində tədqiqatlar aparır.
Bununla yanaşı son illər qeyd etdiyimiz elementlərə olan tələbat xeyli artmışdır. Bu da müasir texnologiyaların sənayedə yüksək səviyyədə tətbiqinə əsaslanaraq onların istifadə sahələrinin genişlənməsi, bəzilərinin strateji xammal və valyuta kimi istifadə olunması ilə izah edilir. Bu baxımdan son onilliklər ərzində mövcud zəngin qiymətli metal ehtiyatlarının tükənməsinə rəğmən yeni, qeyri-ənənəvi faydalı qazıntı mənbələrinin aşkar edilməsi xüsusilə aktuallaşıb. Bu baxımdan yeni anomal filiz zonalarının aşkar edilməsi, onların mənbələrinin araşdırılması və gizli filizləşmənin proqnoz-axtarış meyarlarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ona görə də biz şöbəmizdə “Böyük Qafqazın cənub yamacının kolliziya maqmatizmi və onun filizliliyi (01.01.2023 - 30.12.2025)” mövzusunda elmi-tədqiqat işinin reallaşmasına hədəf seçmişik. Tədqiqat işləri proqramda nəzərdə tutulan plan üzrə aparılır. 2023-2024-cü illərin iyul aylarında şöbə əməkdaşlarımızın bir qrupu Vəndam zonasında ekspedisiyada iştirak edib. 2023-cü ildə götürülmüş nümunələrin analizlərinin nəticələrinə əsasən faydalı komponentlərin yüksək miqdarları ilə xarakterizə olunan kəsilişlərdən və digər yeni kəsilişlərdən müxtəlif üsullarla nümunələr götürülməsini reallaşdırmışıq.
Hazırda bu nümunələr üzərində şöbəmizdə müxtəlif metodlarla tədqiqat işləri davam edir.
Amma qarşıda daha mühüm bir vəzifəmiz var – gəlcəyin milli geoloqlarını vaxt itirmədən yetişdirmək! Bu işdə əsas məsələnin gənclərdə elmə olan marağın artırılması olduğu üçün, necə deyərlər, “geoloq külüngümüzü bu nöqtəyə vururuq”.
Elmi tədqiqat işləri ilə yanaşı, şöbəmizdə istedadlı gənclərin elmə cəlb olunması istiqamətində işləri həmişə diqqətdə saxlayırıq. Həm nəzəri, həm də təcrübi istiqamətlərdə işlər bilavasitə gənclərin iştirakı ilə reallaşır. Fond materiallarından istifadəni, geoloji ədəbiyyatlarla tanışlığı tövsiyə edirik. Fikir mübadilələrinin müzakirəsi, elmi konfranslarda gənc tədqiqatçıların iştirakının təmini, mövcud metod və texniki vasitələrdən istifadə həmişə diqqət mərkəzindədir. Bunlarsız ustad geoloq olmağın mümkünsüzlüyünü aşılamaq borcunu, praktik işlərin zəruriliyini unutmuruq.
Elmi tədqiqat işləri ilə yanaşı, şöbəmizdə istedadlı gənclərin elmə cəlb olunması istiqamətində işləri həmişə diqqətdə saxlayırıq. Həm nəzəri, həm də təcrübi istiqamətlərdə işlər bilavasitə gənclərin iştirakı ilə reallaşır. Fond materiallarından istifadəni, geoloji ədəbiyyatlarla tanışlığı tövsiyə edirik. Fikir mübadilələrinin müzakirəsi, elmi konfranslarda gənc tədqiqatçıların iştirakının təmini, mövcud metod və texniki vasitələrdən istifadə həmişə diqqət mərkəzindədir. Bunlarsız ustad geoloq olmağın mümkünsüzlüyünü aşılamaq borcunu, praktik işlərin zəruriliyini unutmuruq.
Onu da demək istərdik ki, İstedadlı gəncləri elmə cəlb etmək və peşəyə rəğbəti artırmaq məqsədilə şöbəmizin əməkdaşlarının iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Faydalı qazıntıların geologiyası və işlənməsi” kafedrasının AR ETN Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Filialı – bakalavriat və magistratura pillələrinin tələbələri üçün baza kafedrası yaradılıb. Burada tələbələr GGİ-də aparılan elmi-tədqiqat işlərində alınan nəticələrlə tanış olur, onları maraqlandırılan suallar cavablandırılır, eləcə də gənclərin elmi baxışları istiqamətləndirilir.
Ekspedisiyalar zamanı şöbənin əməkdaşları ilə birlikdə magistratura və bakalavriat pillələrində təhsil alan tələbələr də təcrübi çöl işlərində iştirak edirlər. Beləliklə, tam əminik ki, Azərbaycanın istedadlı geoloq alim nəsli inkişafında ara verməyəcək.