Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də MÜTƏXƏSSİSLƏR ŞURASININ VƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARININ BİRGƏ İCLASI KEÇİRİLİB
Geologiya və Geofizika İnstitutu (GGİ) Mütəxəssislər şurasının (kollokvium) və Ümumrespublika elmi seminarının keçirilmiş birgə iclasında “Yer təkində istilik-kütlə daşınma” şöbəsinin kiçik elmi işçisi doktorant Pərviz Məmmədov Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “ Abşeron neftli-qazlı rayonunun Pliosen yaşlı çöküntülərinin istilik xassələri və istilikdaşınma modelləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
İnstitutun baş direktoru akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq sözü doktorant Pərviz Məmmədova verib.
P.Məmmədov ilkin müzakirədə COP29 kimi beynəlxalq tədbirlər kontektində mühüm əhəmiyyət kəsb edən geotermal enerji sahəsində inkişaf strateji addımların vacibliyini qeyd edib. Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə böyük rolu olan geotermal enerji sahəsindəki inkişafı və ekoloji baxımdan səmərəli enerji istifadəsi üçün gələcək perspektivlər haqqında məlumat vermib. İddiaçı həmçinin Abşeron neftli-qazlı rayonunda potensialın öyrənilməsinin geotermik tədqiqatların nəticəsində əldə etdiyi yenilikləri, nəticələri haqqında danışıb.
Dissertasiya işinin rəyçiləri g.-m.e.n. Naməd Paşayev və y.e.f.d. Günel Sadıqova iddiaçı Pərviz Məmmədovun əldə etdiyi nəticələin və təkliflərin nəzərdə tutulan məqsədləri özündə ehtiva etdiyini bildiriblər.
Geologiya və Geofizika İnstitutunun Kollokvium üzvləri çıxışlarında dissertasiya işinin ilkin müzakirəsində səsləndirilən irad və təklifləri nəzərə almaqla iddiaçıya tövsiyələrini bildiriblər və dissertasiya işinin növbəti mərhələdə də müzakirə olunmasını dəstəkləyiblər.