Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Nov 2024 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də FƏLSƏFƏ DOKTORLUĞU İŞİNİN MÜZAKİRƏSI KEÇİRİLİB

Geologiya və Geofizika İnstitutunun nəzdindəki ED.1.01 Dissertasiya şurasının 2517.01 – «Litologiya» ixtisası üzrə birdəfəlik elmi seminarının akademik İbrahim Quliyevin sədrliyi ilə iclası keçirilib.

Tədbirdə Kamal Firudin oğlu Mustafayevin Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Cənubi Xəzər hövzəsinin qərb cinahının Miosen çöküntülərinin toplanma şəraiti, kollektor xüsusiyyətləri və neft-qazlılıq perspektivləri» mövzusunda dissertasiya işinin müzakirəsi olub.

Keçirilmiş müzakirənin son nəticəsi olaraq dissertasiya işi rəyçilər və seminar üzvlərinin qeyd etdikləri iradlar nəzərə alınaraq düzəlişlər ediləndən sonra Elmi Şurada müdafiəyə tövsiyə olunub.

Xatırladaq ki, Kamal Mustafayev Geologiya və Geofizika İnstitutunun doktorantı olmuş, hazırda isə AZLAB MMC-nin meneceri vəzifəsində çalışır.

next
next