Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-nin GƏNC ALİMİNƏ ELMLƏR DOKTORLUĞU DİPLOMU TƏQDİM EDİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda keçirilən növbəti Elmi şura iclasında “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşı dosent Orxan Abbasova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Kommisiyası tərəfindən verilmiş elmlər doktorluğu diplomu təqdim olunub.
Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə tərəfindən edilən təqdimatda Orxan Abbasovun İnstitutda 20 il fəaliyyətinə dair bəzi məqamlara toxunulub, onun elmi naliyyəti yüksək qiymətləndirilib.
Məlumat üçün bildirək ki, Orxan Abbasovun 2023-cü ildə müdafiə etdiyi dissertasiya işi “Azərbaycanın yanar şistləri: əmələgəlmə şəraiti, yayılma qanunauyğunluqları, geokimyəvi xüsusiyyətləri və proqnoz resurslarının qiymətləndirilməsi” mövzusuna həsr olunub.