Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Oct 2024 Diqər xəbərlər Diqər xəbərlər

GGİ SEYSMOLOGİYA VƏ PETROFİZİKA İSTİQAMƏTİNDƏ RUSİYA ALİMLƏRİ İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin böyük elmi işçisi Dildar Məmmədova Rusiya Elmlər Akademiyasının Vladiqafqaz elmi mərkəzində keçirilmiş f.-r. e. d., prof. Vladislav Zaalişvilinin anadan olmasının 75 illiyinə həsr olunan “Dağlıq ərazilərin təhlükəli təbii və texnogen prosesləri: modellər, sistemlər, texnologiyalar” (Опасные природные и техногенные процессы в горных регионах: модели, системы, технологии посвященной 75-летию д.ф.-м.н., проф. Владислава Заалишвили.) adlı  IX Beynəlxalq konfransında iştirak edib.


Tədbirdə D.Məmmədova GGİ-nin baş direktoru akademik Akif Əlizadənin və bütün kollektivin adından təbrik səsləndirib. Tədbirin aparıcısı professor Zaakaşvili isə təbrik məktubunu oxuduqdan sonra Akif müəllimin görkəmli alim olduğunu vurğulayaraq onun cari ildə keçirilmiş 90 illik yubileyini şəxsən təbrik etdiyini bildirib.


GGİ “Sesmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin gənc mütəxəssisi Zöhrab Əliyev doktorant Əminə Şirinova-Musayeva ilə birlikdə hazırladığı “Kiçik Qafqazın şimal-şərq yamacı üçün iki ssenar zəlzələ əsasında deterministik seysmik təhlükə modelləri (Azərbaycan)” mövzusunda onlayn çıxış edib. Təqdimatda tədqiqatın nəticələri kimi ərazi üçün hazırlanan simulyasiyaların seysmik təhlükənin daha dəqiq öyrənilməsi və gələcək zəlzələ təhlükəsinin qiymətlənidrilməsi tədqiqatlarında əhmiyyətli rolu vurğulanıb. Gənc tədqiqatçının çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Zöhrab Əliyev ona ünvanlanmış sualları ətraflı cavablandırıb. Konfransın təşkilat komitəsinin sədri f.-r. e. d., prof. Vladislav Zaalişvili Geologiya və Geofizika İnstitutunun  baş direktoru akademik A.Əlizadəyə  əməkdaşların  konfransda iştirakına  və göndərdiyi təbrik məktubuna görə minnətdarlığını bildirib, təşəkkür məktubunu ünvana çatdırmaq üçün D.Məmmədovaya təqdim edib.

 

GGİ SEYSMOLOGİYA VƏ PETROFİZİKA İSTİQAMƏTİNDƏ RUSİYA ALİMLƏRİ İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
GGİ SEYSMOLOGİYA VƏ PETROFİZİKA İSTİQAMƏTİNDƏ RUSİYA ALİMLƏRİ İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
next
next