Ana Səhifə / Xəbərlər

Xəbərlər

25 Sep 2024 Çöl tədqiqatları Çöl tədqiqatları

GEOLOQ ALİMLƏR AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ RADİOEKOLOJİ TƏDQİQATLAR APARIRLAR

Geologiya və Geofizika İnstitutunun “Yerin radioaktiv sahələri” şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Qubadlı, Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonlarında  aprel ayının son ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə kimi müxtəlif müddətlərdə çöl-tədqiqat işləri aparıblar.  

Çöl-tədqiqat işlərinə hazırlıq məqsədilə ilkin olaraq məsafədən zondlama (peyk) məlumatları əsasında hər dörd rayon üçün atmosfer radiasiyası, parlaqlıq temperaturu, Yer səthinin emissiyası, bitki örtüyünün nisbəti, torpaq səthinin temperatur dəyərləri hesablanaraq müvafiq xəritələr hazırlanıb.

Radioekoloji tədqiqatlar zamanı əvvəlcədən peyk məlumatları əsasında müəyyən edilmiş nöqtələrdən, həmçinin təsadüfi seçilmiş minalardan və digər partlayış təhlükəli sursatlardan təmizlənmiş tikililər və ərazilərdə qamma şüalanmanın ekvivalent doza gücü təyin edilib, torpaq səthində qamma-spektrometrik ölçmələr aparılıb, torpaq və su nümunələri götürülüb, həmçinin qapalı və açıq məkanlarda, su mənbələrində radon qazının həcm aktivliyi müəyyənləşdirilib.

Tədqiqatlar zamanı götürülmüş süxur nümunələrinin laboratoriya şəraitində qamma-spektrometrik analizləri reallaşıb. Alınan nəticələr əsasında Qubadlı, Zəngilan, Cəbrayıl rayonları üçün qamma şüalanmanın ekspozisiya dozası gücünün paylanması 226Ra, 232Th, 40K elementlərinin miqdarının şüalanmanın xüsusi effektiv aktivliyindən asılılıq qrafikləri qurulub.

Əldə olunmuş nəticələr əsasında bu 4 rayon ərazisinin tam əhatə edən qamma şüalanmanın ekvivalent dozası gücünün yayılmasının elektron xəritələri tərtib edilib.

Geologiya və Geofizika İnstitutunun geoloq ailimləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində radioekoloji tədqiqatları davam etdirməyi planlaşdırırlar.

next
next