Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Sep 2024 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ALİMİ ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASINA ÜZV SEÇİLİB

Elm və Təhsil Nazirliyinin Kollegiyası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması ilə bağlı qərar qəbul edib. Nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şuranın sədri,Geologiya və Geofizika İnstitutu “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri Yer elmlər üzrə elmlər doktoru, dosent Qulam Babayev Şuraya üzv seçilib.


Bildirək ki, təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində fundamental və tətbiqi tədqiqatların istiqamətlərinin və əsas problemlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə tədqiqatların həyata keçirilməsinə nəzarət edilməsi kimi fəaliyyət istiqamətlərinə malik Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək, “Elmi kadrlar”, “Elmi problemlər”, “Elmi müəssisə və təşkilatlar”, “Dissertasiyalar”, “Elmi hesabatlar” və digər müxtəlif təyinatlı informasiya sistemlərini yaratmaq və onların başqa elektron sistemlərə inteqrasiyasını təmin etmək, Azərbaycan alimlərinin beynəlxalq layihələrdəiştirakını təşviq və təmin etmək kimi vəzifələri icra edəcək.