Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Jun 2024 Diqər xəbərlər Diqər xəbərlər

AzAK NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktor müavini Yavər Məmmədovla görüş keçirilib.


Görüşdə akkreditasiya sahəsində görülən işlərdən, uyğunluğun qiymətləndirilməsi sahəsində aparılan akkreditasiyalardan, AzAK-ın beynəlxalq tələblərə keçid siyasəti və keçid siyasətinin tətbiq edilməsinin şöbə və laboratoriyalar üçün əhəmiyyətindən, GGİ-nin analitik şöbə və laboratoriyalarının akkreditasiyadan keçirilməsi üçün zəruri olan addımlardan, analitik şöbə və laboratoriyaların nəticələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması və keyfiyyət ekosisteminin keyfiyyətindən və digər uğun məsələlərdən söz açılıb.


Tədbirdə icraçı direktor AMEA müxbir üzvü Dadaş Hüseynov, şöbə rəhbərlərində  g.-m.e.n. Rauf Kərimov, y.e.f.d. Şəfəq Bayramova və digər əməkdaşların sualları cavablandırılıb.


AMEA-nın müxbir üzvü Dadaş Hüseynov maraqlı mühazirəyə görə GGİ kollektivi adından Akkreditasiya Mərkəzinin direktor müavini Yavər Məmmədova təşəkkür edib.

 

AzAK NÜMAYƏNDƏSİ İLƏ  GÖRÜŞ KEÇİRİLİB
AzAK NÜMAYƏNDƏSİ İLƏ  GÖRÜŞ KEÇİRİLİB
AzAK NÜMAYƏNDƏSİ İLƏ  GÖRÜŞ KEÇİRİLİB
AzAK NÜMAYƏNDƏSİ İLƏ  GÖRÜŞ KEÇİRİLİB
next
next