Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ ƏMƏKDAŞLARI XƏZƏR HÖVZƏSI KONFRANSINDA İŞTİRAK EDİBLƏR
Geologiya və Geofizika İnstitutunun “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev, elmi işçi Muradi İmran, kiçik elmi işçi və İnstitutun əyani doktorantı Tural Babayev “Xəzər dənizi ərazisinə təsir edən ssenar episentrlər əsasında dəniz dibi hərəkətinin qiymətləndirilməsi” (Offshore ground motion estimation for the Caspian Sea based on the encompassing scenario epicenters) mövzusunda tədqiqatlarını Fransız-Azərbaycan Universitetində (UFAZ) keçirilən “Xəzər Hövzəsi Konfransı”nda (Caspian Basin Conference) təqdim ediblər.
Tədqiqatda yer hərəkətinin proqnozlaşdırılması tənliklərindən istifadə edilərək qruntun maksimal təcili modelləri bütöv Xəzər hövzəsi üçün qurulub və nəticələr seysmik intensivlik parametri ilə korrelyasiya edilərək seysmik təhlükənin monitorinqi aparılıb. Tədqiqat üçün iki müxtəlif yer hərəkətinin proqnozlaşdırılması tənliyindən istifadə edilərək alınan nəticələrin müqayisəsi həyata keçirilib.Beləliklə, Xəzər hövzəsində aparılan seysmik təhlükənin monitorinqi bu istiqamətdəki sınanmış beynəlxalq təcrübələr əsasında həyata keçirilib.
Tədqiqat şöbə əməkdaşı tərəfindən poster-məruzə formatında təqdim olunub. İyunun 3-dən başlamış konfrans ayın 6-na kimi davam edəcək.