Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 May 2024 İclaslar İclaslar

GGİ-də GƏNCLƏRİN TƏŞKİL ETDİYİ ELMİ SEMİNARDA MAGİSTRANTLARIN MƏRUZƏLƏRİ MARAQ DOĞURUB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi elmi seminarda bu dəfə magistrantlar çıxış edib.


Tədbirdə magistrant Göyçək Təşviqi olub. O, "Şərqi Qobustanın Eosen-Oliqosen çöküntülərinin paleomaqnit xüsusiyyətləri (yeni məlumatlar əsasında)" adlı məruzə ilə çıxış edib. Gənc magistrant Xilmilli, Pirəkəşkül kəsilişlərindən götürülmüş nümunələr üzərində aparılan tədqiqatlarını əsas götürərək, paleomaqnit şkala tərtibi və digər nəticələrlə olan korelyasiyasını izah edib.


Sonra magistrant Zöhrab Əliyev "Abşeron yarımadası üçün süxurların maqnit xassələri ilə əlaqədar olan zəlzələ təhlükəsi modelləri" mövzusunda araşdırmalarını təqdim edib.


Z.Əliyev Abşeron yarımadası timsalında zəlzələ təhlükəsinin qiymətləndirilməsini təkmilləşdirmək üçün süxurların maqnit həssaslığı qiymətləri ilə zəlzələnin seysmik təsir parametrləri arasındakı əlaqələrin təhlilini verib.  O, yüksək maqnit həssaslığına malik olan süxurların zəlzələnin yarada biləcəyi seysmik təsirlərlə bağlı olduğunu müəyyən edərək, bu nəticələrin seysmik təhlükənin qiymətləndirilməsi üsullarının təkmilləşdirilməsində mühüm rol oynayacağını vurğulayıb.


Tədbirdə hər iki təqdimatda qeyd olunan elmi fikirlər iştirakçıların diqqətini cəlb edib. Həmçinin məruzələrə dair çoxsaylı suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələrə geniş yer ayrılıb.

GGİ-də GƏNCLƏRİN TƏŞKİL ETDİYİ ELMİ SEMİNARDA MAGİSTRANTLARIN MƏRUZƏLƏRİ MARAQ DOĞURUB
GGİ-də GƏNCLƏRİN TƏŞKİL ETDİYİ ELMİ SEMİNARDA MAGİSTRANTLARIN MƏRUZƏLƏRİ MARAQ DOĞURUB
GGİ-də GƏNCLƏRİN TƏŞKİL ETDİYİ ELMİ SEMİNARDA MAGİSTRANTLARIN MƏRUZƏLƏRİ MARAQ DOĞURUB
next
next