Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
BEYNƏLXALQ ELMİ KONFRANSDA GGİ-nin GƏNC MÜTƏXƏSSİSLƏRİ FƏRQLƏNİBLƏR
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransları” keçirilib. Tədbirdə Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransları “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edilib.
Elmi-praktik konfransın işində ETN Geologiya və Geofizika İnstitutu “Neftli-qazlı hövzələrin litogenezi” şöbəsinin kiçik elmi işçisi doktorant Suğra Heydərli və mühəndis Reyhan Qaraşova iştirak edərək “Lahıc zonasının Alt Maykop çöküntülərinin geokimyəvi göstəriciləri əsasında kimyəvi aşınma, yetkinlik və paleoiqlim xüsusiyyətlərinin tədqiqi” mövzusunda çıxış ediblər. Həmçinin tədbir iştirakçılarını və münsiflər heyətini maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransda çıxışı ilə fərqlənən iştirakçılara sertifikat və müxtəlif hədiyyələr təqdim edib.