Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 May 2024 Çöl tədqiqatları Çöl tədqiqatları

YENİ PÜSKÜRMÜŞ PALÇIQ VULKANINDA TƏDQİQATLAR APARILIB

Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanının bu il may ayının 13-də püskürməsi ilə bağlı ETN Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları – Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və mühəndis Elmar Səmədov adıçəkilən vulkanda tədqiqat işlərini həyata keçiriblər.


Kifayət qədər aktiv olan və mütləq hündürlüyü 305 m təşkil edən palçıq vulkanının sayca 12-ci dəfə qeydə alınan püskürməsinin daha zəif olduğu ilkin araşdırmalar nəticəsində aşkarlanıb. Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının qiymətləndirmələrinə görə, Bozdağ-Güzdək palçıq vulkanının hazırkı püskürməsi nəticəsində yer səthinə çıxarılan palçıq 0,7 ha ərazini örtmüşdür. Orta qalınlığı 0,7 m olan palçıq örtüyünün həcmi 5000 m3-dir. Bu, Bozdağ-Güzdək palçıq vulkanının sonuncu dəfə - 2021-ci ildə baş vermiş püskürməsi ilə müqayisədə ən azı 4 dəfə kiçik göstəricidir. Alovla müşayiət olunan püskürmə nəticəsində küləyin istiqamətinə uyğun olaraq püskürmə mərkəzindən təxminən 100  m məsafədə həm yeni vulkan palçığından ibarət səthlə yanaşı, həm də daha köhnə püskürmələr olan ərazilərdə ot örütüyünün xeyli yanmış əlamətləri qeydə alınıb.


Tədqiqat çərçivəsində “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları püskürmə nəticəsində müxtəlif dərinliklərdən səthə tullanılan fərqli litotiplərdən ibarət süxur nümunələrini də toplayıblar. Hazırda həmin nümunələrin mineraloji və geokimyəvi analizlərinin aparılması üçün vizual araşdırmalar və emal prosesləri həyata keçirilir.

 

YENİ PÜSKÜRMÜŞ PALÇIQ VULKANINDA TƏDQİQATLAR APARILIB
YENİ PÜSKÜRMÜŞ PALÇIQ VULKANINDA TƏDQİQATLAR APARILIB
YENİ PÜSKÜRMÜŞ PALÇIQ VULKANINDA TƏDQİQATLAR APARILIB
YENİ PÜSKÜRMÜŞ PALÇIQ VULKANINDA TƏDQİQATLAR APARILIB
next
next