Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Apr 2024 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin DOKTORANTI ÜMUMRUSİYA ELMİ KONFRANSIN QALİBİ DİPLOMUNU QAZANIB

RF-nin Perm Dövlət Universitetində “Geologiya inkişaf edən dünyada” mövzsunda 17-ci ənənəvi Umümrusiya elmi-praktik konfransı keçirilib. Tədbir mineralogiya, geokimya və petroqrafiya bölməsi üzrə reallaşıb.


Elmi-praktik konfransın işində ETN Geologiya və Geofizika İnstitutu Neftli-qazlı hövzələrin litogenezi  şöbəsinin kiçik elmi işçisi,  doktorant Emin Quliyev iştirak edib və  “Azərbaycanın Vəndam zonasının neokom çöküntülərinin geokimyəvi xüsusiyyətləri və toplanma şəraitləri” (Elmi-rəhbər: Elmira Əliyeva) mövzusunda çıxış edib. Həmçinin tədbir iştirakçılarını  və münsiflər heyətini maraqlandıran  sualları çavablandırıb.  

 

Tədbirin sonunda Perm Dövlət Universiteti Geologiya fakültəsinin dekanı, Təşkilat Komitəsinin sədri S.M.Blinov konfransın azərbaycanlı iştirakçısına  I dərəcəli qalib diplomunu təqdim edib.

GGİ-nin DOKTORANTI ÜMUMRUSİYA ELMİ KONFRANSIN QALİBİ DİPLOMUNU QAZANIB
next
next