Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Apr 2024 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda gənclər üçün keçirilmiş növbəti lektoriya “Nüvə-fiziki metodların geoloji və geofiziki tədqiqatlara tətbiqi perspektivləri” mövzusunda olub.


Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə artıq xoş ənənə halını almış elmi lektoriyaların əhəmiyyətinin gündən-günə artdığını, gənc alim kadrların bu tədbirlədrən bəhrələndiyini diqqətə çatdırıb.


Sonra təqdimat üçün söz elmi işçi Fuad Əliyevə verilib.


F.Əliyevin təqdim etdiyi məruzənin məzmunu nüvə-fiziki metodların geologiyada tətbiqi sahələri, süxurların təbii radioaktivliyi, geofiziki tədqiqatlar zamanı nüvə geofizikasında istifadə olunan qurğu və avadanləqlar, nüvə-fiziki metodlar, süxurların mütləq yaşının nüvə fiziki metodlar əsasında təyini, nüvə-fiziki metodların köməyi ilə mars planetinin tədqiqatı və sözügedən metodun faydalı qazıntıların işlənməsində tətbiqi haqqında informasiyaları ehtiva edib.


Sonra məruzə ətrafında yaranmış çoxsaylı suallara aydınlıq gətirilib, həmçinin maraqlı təkliflər səsləndirilib.


GGİ gəncləri üçün təşkil edilmiş növbəti lektoriya akademik Akif Əlizadənin tövsiyələri ilə sona çatıb.

GGİ-də  GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB
GGİ-də  GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB
GGİ-də  GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA KEÇİRİLİB
next
next