Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Mar 2024 Diqər xəbərlər Diqər xəbərlər

ALİMLƏRİMİZ GGİ-ni “SU HƏFTƏSİ”NDƏ TƏMSİL EDİBLƏR

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Geoekologiya şöbəsinin rəhbəri c.e.d. Vaqif Məmmədov və şöbənin əməkdaşı g.-m.e.n. Ramiz Məmmədov İnstitutu Bakı Ekspo Mərkəzində (Bakı Expo Center) keçirilmiş “Su Həftəsi”ndə təmsil ediblər. Alimlər Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransının işində iştirak edərək  son 10-15 ildə hazırlanmış elmi kitab, məqalə və xəritələri nümayiş etdiriblər. Həmçinin GGİ-də su tədqiqatları sahəsində qazanılmış elmi nailiyyətlər haqqında ziyarətçiləri  məlumatlandırıblar. Çoxsaylı sualları cavablandıran İnstitut əməkdaşlarının çıxışları maraqla qarşılanıb.


Bildirək ki, sərgi təşkilatçıları Beynəlxalq Su Təsərrüfatı Sərgisində fəallıq göstərdiklərinə görə Vaqif Məmmmədovun və Ramiz Məmmədovun simasında  Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu kollektivinə təşəkkür etmiş və nümayəndələri 2025-ci ildə keçirələçək sərgiyə dəvət ediblər.

ALİMLƏRİMİZ  GGİ-ni “SU HƏFTƏSİ”NDƏ TƏMSİL EDİBLƏR
ALİMLƏRİMİZ  GGİ-ni “SU HƏFTƏSİ”NDƏ TƏMSİL EDİBLƏR
ALİMLƏRİMİZ  GGİ-ni “SU HƏFTƏSİ”NDƏ TƏMSİL EDİBLƏR
ALİMLƏRİMİZ  GGİ-ni “SU HƏFTƏSİ”NDƏ TƏMSİL EDİBLƏR
next
next