Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də “1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR” TƏDBİRİ KEÇİRİLİB
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbiri İnstitutun Mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev açaraq Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv olan bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə günü hər il konkret bir mövzuya həsr olunur və buna müvafiq müxtəlif kütləvi tədbirlər keçirilir. Builki mövzu“İnnovasiya texnologiyaları Mülki müdafiənin xidmətində” adlanır.
Ümumdünya Mülki Müdafiə Gününün hər il keçirilməsindən məqsəd ictimaiyyətin diqqətini təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
GGİ Mülki Müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək tədbirdə iştirak edən əməkdaşlara müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal innovasiya texnologiyaların baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyalarının və rabitənin rolunu çatdırıb. Həmçinin fövqəladə hal zamanı innovasiya texnologiyalarının əsas vəzifələri, informasiya texnologiyaları vasitəsilə fəlakətlərin baş verməsinin uzunmüddətli ehtimalı və təhlükə barədə məlumatların əldə edilməsinin vacibliyini vurğulayıb.
Sonda mövzuya aid video-çarx nümayiş etdirilib.