Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ ƏMƏKDAŞLARININ MƏQALƏSİ NÜFUZLU İMPAKT FAKTORLU ELMİ JURNALDA DƏRC EDİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev və şöbənin kiçik elmi işçisi v.i.e. əyani doktorant Tural Babayev İtaliyalı həmkarları professor Luçiano Teleska ilə birlikdə Şamaxı-İsmayıllı seysmik aktiv zonasının müasir üsulların tətbiqi ilə seysmik təhlükəsinin qiymətləndirilməsi tədqiqatını reallaşdırıblar. Tədqiqatın nəticələri impakt faktorlu “Arabian Journal of Geosciences” jurnalında dərc olunub. (Babayev, G., Babayev, T. & Telesca, L. Deterministic ground motion modeling with target earthquakes and site effects in eastern Azerbaijan. Arab J Geosci 17, 61 (2024).)
Bildirək ki, “Arabian Journal of Geosciences” jurnalı “Scopus”, “Springer” beynəlxalq bazalarında indeksləşən, yer elmləri istiqamətində nüfuzlu jurnallardan biridir. H-indeksi 68 olan jurnal dünya elmi üçün çox böyük önəm kəsb edən, məhdud həcmdə təqdim olunmuş tədqiqat nəticələrini resenziya etməklə dərc edir.
Sözügedən məqalədə tədqiqatın aparılması üçün mənbə xüsusiyyətlərini və birölçülü qruntun xassələrini və ssenar zəlzələrini özündə birləşdirən deterministik yanaşma tətbiqi əks olunur. Yazı bu sahə üzrə tədqiqatlar aparan beynəlxalq nüfuzlu alimlərin diqqətini cəlb edib.Məqalə ilə daha ətraflı tanış olmaq üçün:
https://doi.org/10.1007/s12517-024-11866-y