Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
MİLLİ KONSERVATORİYANIN MUSİQİÇİLƏRİ GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA MİNİ KONSERT VERİBLƏR
Yeni təqvim ili və Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə Milli Konservatoriyadan Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun təntənəli toplantısına dəvət edilmiş musiqiçi və müğənnilər kollektiv qarşısında məharətlərini nümayiş etdiriblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, məharətli fortepiano ifaçısı Naibə Şahməmmədovanın rəhbərlik etdiyi müğənni və musiqiçilərdən ibarət qrup kollektiv qarşısında muğam parçaları, təsnif və mahnılardan ibarət çələng təqdim edib. Tükənməz Azərbaycan mahnılarından və bəstəkar musiqisindən nümunələr səsləndirən sənətkarların çıxışları xoş təəssürat yaradıb və sürəkli alqışlarla qarşılanıb. İfaçılara gül-çiçək dəstələri hədiyyə edilib, xoş arzular səsləndirilib.
Mini konserti izləyən Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə məharətli ifa və canlı ünsiyyətə görə sənətçilərə elm müəssisəsi kollektivi adından təşəkkür edib, onlara qarşıdan gələn bayramlar münasibətilə xoş arzularını çatdırıb.
Tədbirin sonunda birgə xatirə fotosu hazırlanıb.