Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Dec 2023 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB

Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyinin Elmi şuralarının birgə iclasında Geologiya və Geofizika İnstitutunun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekun hesabatı dinlənilib.


AMEA Yer Elmləri Bölməsi Elmi Şurası sədrinin müavini akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Geologiya və Geofizika İnstitutunun icraçı  direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov hesabat məruzəsi ilə çıxış edib.


D.Hüseynov bildirib ki, İnstitut əməkdaşları elmi fəaliyyətlərini Azərbaycan Respublikasında “Heydər Əliyev İli” leytmotivi ilə  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Tədbirlər Planı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” istiqamətində  həyata keçiriblər.


2023-cü ildə Geologiya və Geofizika İnstitutunda elmi-tematik plan üzrə tədqiqatlar 10 mövzunu və 10 elmi-tədqiqat işini əhatə etməklə, 5 problem üzrə aparılmış,  2 elmi-tədqiqat işi başa çatdırılıb.


Hesabat ilində elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 3 mühüm elmi nəticə alınıb:

  1. İlk dəfə olaraq kompleks mineraloji və geokimyəvi tədqiqatlar əsasında Azərbaycanın eosen yaşlı yanar şistlərinin əmələgəlmə şəraiti, şist neftinin yüksək potensiallığı və perspektivli sahələri (Mərkəzi Qobustanda) müəyyən edilib (g.-m.e.d., prof. Adil Əliyev, g.-m.f.d. Orxan Abbasov).
  2. Uzun illər GPS monitorinq ölçmələrinin, peyk qravitasiya və aeromaqnit məlumatlarının təhlilinin nəticələrinə əsasən saat əqrəbinin əks istiqamətində fırlanan nəhəng kvazi halqavari mantiya strukturunun təsiri ilə Nubiya, Sinay, Ərəbistan və Anadolu plitələrinin ərazilərini əhatə edən geniş ultra yüksək gərginlik sahəsi müəyyən edilib (akademik Fəxrəddin Qədirov – GGİ, prof. Lev Eppelbaum – Tel-Əviv Universiteti).
  3. Zəlzələlərin maksimum mümkün maqnitudasının qiymətləndirilməsinin riyazi təhlilinə, titrəyişlərin intensivliyinin zəifləməsi qanununa və seysmikliyin tektonik meyarlarına əsasən, güclü zəlzələlərin ehtimal ocaqlarının diferensiallaşdırılmış ərazilərinin xəritələnməsinin inteqrə metodu işlənilib (Talış zonası timsalında) (y.e.e.d. Qulam Babayev).


Məruzəçi sonra beynəlxalq əlaqələr, beynəlxalq laboratoriyalar, bağlanmış memorandum və müqavilələr, yeni qrant layihələrinin hazırlanması, çöl-tədqiqat işləri istiqamətində görülmüş işlərdən ətraflı məlumat verib. Elm və təhsilin inteqrasiyasının daim diqqətdə saxlandığını diqqətə çatdıran məruzəçi bildirib ki, İnstitutda 2023-cü ilin yanvar ayına kimi fəlsəfə doktoru proqramı üzrə 12 doktorant əyani təhsil alıb, onlardan 11 nəfər Geologiya və Geofizika İnstitutunun əməkdaşıdır. Deyilən müddətdə  elmlər doktoru proqramı üzrə 12 , fəlsəfə doktoru proqramı üzrə isə 4 nəfər dissertant hazırlıq keçib. Onlardan 10 nəfər (7 elmlər doktoru, 3 fəlsəfə doktoru proqramı üzrə) Geologiya və Geofizika İnstitutunun əməkdaşıdır. Geologiya və Geofizika İnstitutunda magistranların təhsil prosesinə 10 tədris fənni üzrə 10 professor-müəllim heyəti cəlb edilib. Hesabat ilində “Petrologiya” ixtisaslaşması üzrə 3 gənc əməkdaş magistr dissertasiya işini müdafiə edib.


D.Hüseynov hesabat məruzəsində kadr hzırlığı, Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti, cihazlar və avadanlıqlar, elektron elmin vəziyyəti, nəşriyyat işləri, elmin populyarlaşdırılmasının təşkili, gənclərin elmi maarifləndirilməsində lektoriyaların tətbiqi,  qrantlar, konfranslar, sessiyalar, seminarlar, “Heydər Əliyev və Azərbaycan neft strategiyasi: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfrans və görülmüş digər işlər barədə ətraflı məlumat təqdim edib.


Daha sonra AR İclasda Bakı Dövlət Universitetindən akademik Vasif Babazadə, vitse-prezident İbrahim Quliyev, “AzerGold” QSC-dən müşavir Şahbəddin Musayev, Azərbaycan Respublikasının Kosmik Agentliyindən şöbə rəhbəri Aqil Əhmədov, GGİ-nin şöbə rəhbəri akademik Əkpər Feyzullayev və b. çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.Elm və Təhsil Nazirliyi Təbiət Tarixi Muzeyinin (TTM) 2023-cü ildəki fəaliyyətinin nəticələri haqqında Muzeyin direktoru b.e.n. Tariel Eybatovun hesabatı dinlənilib.


T.Eybatov Muzeyin əsas fəaliyyəti istiqamətləri olan paleontologiya, arxegeologiya, arxezoologiya, ekologiya və morfologiya, paleogenetika, botanika sahələri üzrə görülən tədqiqat işləri haqqında məlumat verib, həmçinin təhsil- maarifçilik və Muzey kolleksiyalarının zənginləşdirilməsi barədə informasiya təqdim edib. Məruzəçi Muzeyin ziyarətçiləri və ekskursiyalar barədə rəqəmlər də səsləndirib: 1 il ərzində ziyarətçilərin sayı 9758 nəfər (ölkənin təhsil ocaqlarından 1958 gənc, fərdi gələnlər 2884  nəfər, əcnəbilərin sayı 65 nəfər) olub.  65 ekskursiya təşkil edilib.                          


Müzakirə və çıxışlardan sonra Geologiya və Geofizika İnstitutunun  2023-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti, həmçinin Təbiət Tarixi Muzeyinin 2023-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat yekdilliklə qəbul edilib.

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN İLLİK YEKUN HESABATI TƏQDİM EDİLİB
next
next