Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Nov 2023 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin ŞÖBƏ RƏHBƏRİ BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLÜB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev cari ildə “Geosciences” (“Yer elmləri”) jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq ekspert rəyçi sertifikatına layiq görülüb.


“Geosciences” jurnalı “Web of Science” bazasına daxildir.  Nəşrdə multidissiplinar sahələrdə (geologiya, geofizika, hidrogeologiya, yerin fizikası)  aparılan fundamental nəzəri və tətbiqi elmi tədqiqatlarla bağlı nüfuzlu məqalələr dərc olunur.


Jurnalın impakt faktoru 2.86, h-indeksi 43-dır. Elmi nəzəriyyələr əsasında dünya akademik tədqiqatlarında əsas göstəricilərdən biri olan dörd kateqoriyalı kvartil şkalasında (Q), jurnal Q1 sinfinə daxildir.


Qulam Babayev həmçinin jurnalın ekspertlər siyahısına daxil edilib.