Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ NÜMAYƏNDƏLƏRİ SƏYYAR ELMİ SESSİYADA İŞTİRAK EDİBLƏR
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu, AMEA-nın Regional Elm Mərkəzi ilə birgə Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə səyyar elmi sessiyasında iştirak ediblər.
Tədbiri güriüş sözü ilə LDU rektorunun müşaviri professor Mikayıl Məhərrəmov açaraq Ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatının bütün sahələr üzrə inkişafında misilsiz xidmətlərindən söz açıb, siyasi liderin ölkə elminin tərəqqisindəki rolunu xüsusilə dəyərləndirib, bu xəttin prezident İlham Əlyev tərəfindən bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Səyyar elmi sessiyada AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru professor Fərman Quliyev “Heydər Əliyev və Azərbaycanda subtropik bitkiçiliyi”, Geologiya və Geofizika İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli “Yer elmlərinin populyarlaşdırılmasında (təbliğində) elmi jurnalistikanın rolu”, AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Lənkəran-Astara iqtisadi rayonunun müasir təbii şəraiti və onu əks etdirən yeni xəritələr komplekti”, GGİ Geoekologiya və Hidrogeologiya şöbəsinin rəhbəri c.e.d Vaqif Məmmədov “Azərbaycanın su hövzələrinin ekologiyası: gələcəyə baxış”, LDU-nun Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda təbii şəraitin əhalinin və yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsinə təsiri” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə H.Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı rolu, bu sahədəki çoxşaxəli fəaliyyəti, Azərbaycanda sitrus meyvəçiliyinin və çayçılığın inkişafı istiqamətində görülən işlər, Lənkəran-Astara iqtisadi rayonunun müasir təbii şəraiti və onu əks etdirən yeni xəritələrin tərtibi, yaxın zamanlarda dünyanı gözləyən içməli su problemi və onun həlli yolları, Azərbaycan elminin təbliği məqsədilə elm adamlarının və jurnalistlərin birgə faəliyyətinin vacibliyi və s. barədə ətraflı söz açılıb, təqdim edilən mövzuların slaydlar və diaqramlarla elmi təhlili verilib.
Elmi sessiyanın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, Geologiya və Geofizika İnstitutunun elmi nəşrləri LDU-nun Elmi kitabxanasına hədiyyə edilib.