Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AKADEMİK FƏXRƏDDİN QƏDİROV “ELMLƏR AKADEMİYALARI BEYNƏLXALQ ASSOSİASİYASI”NIN BÖYÜK MEDALI İLƏ TƏLTİF EDİLİB
AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev dəvətlə Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası Şurasının 36-cı iclasında iştirak ediblər.
Belarusun paytaxtı Minsk şəhərində keçirilimiş 3 günlük tədbirdə “Elmi tədqiqatların əsas istiqamətləri”, “Atom enerjisi və enerji təhlükəsizliyi”, “Kosmik tədqiqatlar sahəsində akademiyalararası əlaqələrin möhkəmləndirilməsi” və s. mövzularda məruzələr dinlənilib.
“Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası Şurasının 30 illiyi: elmi fəaliyyət üfüqlərinin genişləndirilməsi” mövzusu üzrə çıxışlarda AMEA-nın vitse-prezidenti Akademik İbrahim Quliyevin nitqi və təklifləri maraqla dinlənilib.
Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası tərkibində səmərəli fəaliyyətinə görə akademik Fəxrəddin Qədirov bu qurumun böyük medalı ilə təltif edilib.