Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Oct 2023 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru  növbəti elmi şuranın iclasını giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri müzakirəyə qoyub.

Gündəliyin təsdiqindən sonra “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” elmi-tədqiqat işi çərçivəsində aparılan tədqiqatların gedişatı haqqında AMEA-nın müxbir üzvü Çingiz Əliyev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin monitorinq sektorunun müdiri Yusif Əhədi hesabat  formatında  məruzə ediblər. Bildirilib ki, işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun  Talış və Şuşa şəhərində açıq qaynaqlardan əldə edilmiş peyk görüntüləri əsasında radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi, eləcə də “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili üçün Landsat 7, 8 və Sentinel-2A, 2B peyklərinin fərqli  tarixlərə aid kosmik şəkilləri əldə olunaraq tədqiq edilib. Avropa Kosmik Agentliyinin (ESA) bu peykləri görünən diapozonlarda 10 və 60  metr, yaxın infraqırmızı və qısa dalğalı infraqırmızı diapozonlarada elektro-optik multispektral sensorla təchiz olunub. Bu peyklər vasitəsilə 13 spektral kanal, bitki örtüyünün vəziyyətindəki fərqləri, o cümlədən, müvəqqəti dəyişiklikləri tədqiq etmək mümkün olub. Layihədə iki peykin mövcudluğu ekvatorda hər 5 gündə, orta enliklərdə isə 2-3 gündə təkrar tədqiqat aparmağa mikan verir.

Təqdimatda 11 spektral kanala sahib Landsat-8 peykinin imkanları vasitəsilə araşdırmaların nəticələri barədə də məlumat verilib.

Təqdimatda  zəngin məlumatlar yer aldığından  çoxsaylı suallar səsləndirilib və onlar cavablandırılıb. 

“1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi. II hissə (1981-2020)” elmi-tədqiqat işi çərçivəsində yerinə yetirilən işlər haqqında g.-m.e.n. Şahvələd Köçərli, Milli Məlumat Mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında y.e.e.d. Qulam Babayev, AMEA magistraturasının təhsil sistemində baş vermiş dəyişikliklər haqqında y.e.f.d. Səadət Ələkbərova, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənc alim və tələbələrin “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda keçiriləcək IX ənənəvi beynəlxalq elmi konfransına hazırlığın gedişatı haqqında g.-m.e.f.d. Orxan Abbasov məlumat verib.

Elmi şuranın iclasında həmçinin müxtəlif elmi-təşkilati məsələlər müzakirə edilib.

next
next