
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
Y.e.f.d. FƏRƏH MAHMUDOVA “UĞUR” SERTİFİKATLARI İLƏ TƏLTİF EDİLIB
Geologiya və Geofizika İnstitutu “Yerin radioaktiv sahələri” şöbəsinin böyük elmi işçisi y.e.f.d. Fərəh Mahmudova “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılğı və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə “Virtual EL Educator” proqramını mənimsəmə tədbirində iştirak edib.
Gənc alim proqramı bacarıqla mənimsədiyinə görə tədbirin sonunda “Uğur” sertifikatı ilə təltif edilib. Onlayn kursun birinci semestri 2022-ci ilin oktyabr-dekabr aylarında, ikinci semestri 2023-cü ilin mart-may aylarında reallaşıb. Birinci semestrdə kurslarda iştirak üçün müsabiqəyə tədqim edilmiş 160-dan çox ərizə amerikalı təlimçi tərəfindən qiymətləndirilib və bütün elm sahələrini əhatə edən 90 gənc bu proqrama qəbul olunub. Onlardan daha yüksək nəticə göstərən 50 nəfər ikinci semestrə vəsiqə qazanıb. Kurs zamanı dinləmə, oxuma, danışma və yazma bacarıqları ilə yanaşı, akademik yazı, ünsiyyət, məlumat mübadiləsi və təqdimat bacarıqları üzrə təlimlər keçirilib.
“Uğur” sertifikatlarını Fərəh Mahmudovaya Geologiya və Geofizika İnstitutunun Elmi şura iclasında baş direktor akademik Akif Əlizadə təqdim edib.