
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGIİA VƏ GEOFİZİKA İNSTİTUTU MAGİSTRANTLARININ DİSSERTASİYA İŞLƏRİNİN MÜDAFİƏSI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu II kurs magistrantlarının ixtisaslaşdırılmış şurada dissertasiya işlərinin müdafiəsi keçirilib.
Müdafiə şurası magistraturanın 2022/2023-cü tədris ilini başa vurmuş “Geologiya” ixtisası üzrə təhsil alan II kurs müdavimlərinin dissertasiya işlərini qiymətləndirib. Belə ki, “Petrologiya” ixtisaslaşması üzrə 3 magistr dissertasiyasının müdafiəsi baş tutub. Tədbirdə AMEA Təhsil şöbəsinin aparıcı mütəxəssisi Ayşən Aslanova iştirak edib.
AMEA-nın müxbir üzvü Dadaş Hüseynov sədrliyi ilə keçirilən komissiyanın qarşısında çıxış edən magistrantların yerinə yetirdikləri dissertasiya işlərinin elmi nəticələri, həyata keçirilən tədqiqatları haqqında məlumatlar dinlənilib. Həmçinin gənc alimlərə apardıqları tədqiqatlarla bağlı tövsiyələr verilib. Şura üzvlərinin çoxsaylı sualları cavablandırıldıqdan sonra müdafiəyə təqdim olunan mövzulara dair çıxışlar dinlənilib. Sonra gənc alimlərin elmi işləri qiymətləndirilib. Beləliklə, iddiaçılar magistr elmi dərəcəsinə layiq görülüblər.