Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Jun 2023 İclaslar İclaslar

AZƏRBAYCANIN YANAR ŞİSTLƏRİNƏ HƏSR OLUNMUŞ ELMLƏR DOKTROLUĞU DİSSERTASİYASININ İLKİN MÜZAKİRƏSI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində Ümumrespublika elmi seminarı və Mütəxəssislər şurasının (Kollokviumun) birgə iclası keçirilib. Tədbirdə GGİ-nin alim və mütəxəssislərilə yanaşı, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun icraçı direktoru g.-m.e.d., professor Vaqif Qurbanov və digər alimlər də iştirak ediblər.

Tədbiri Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə və Mütəxəssislər şurasının (Kollokviumun) sədri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli idarə ediblər.

İclasda GGİ “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, g.-m.f.d., dosent Orxan Abbasovun “Azərbaycanın yanar şistləri: əmələgəlmə şəraitləri, yayılma qanunauyğunluqları, geokimyəvi xüsusiyyətləri və proqnoz resurslarının qiymətləndirilməsi” mövzusunda elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Giriş nitqi ilə çıxış edən akademik Akif Əlizadə qeyd edib ki, Orxan Abbasov Azərbaycan üçün xüsusi əhəmiyyətə malik, həmçinin BMT-nin qətnaməsində də  alternativ yanacaq-enerji resursları kimi qeyd olunan yanar şitlərin tədqiqi ilə 15 ildən çoxdur məşğuldur. Alim vurğulayıb ki, deyilən istiqamətdə respublikamız üzrə olduqca az tədqiqat aparılıb. Məlum araşdırmalar isə bir sıra ölkələrdə, məsələn, ABŞ-da, Estoniyada və Çində neft-qaz və istilik-elektrik enerjisi almaq məqsədilə öyrənilən yanar şistlərlə əlaqəli  müasir yanaşma və metodologiyalarla həmişə uzlaşmayıb. Bu baxımdan  gənc tədqiqatçı alimin elmi işi diqqət çəkir.

Orxan Abbasov dissertasiya işinin ilk  müdafiəsində  qeyd edib ki, uzunmüddətli sahə tədqiqatları nəticəsində Azərbaycan ərazisində 50-dən çox yeni yanar şistli sahə aşkarlanaraq ümumiləşdirilib və ölkə üzrə müəyyənləşmiş şistli sahələr xəritələşdirilib. İlk dəfə Azərbaycan yanar şistlərinin mineraloji və kimyəvi təbiətlərinin araşdırlması nəticəsində onların təkamül xüsusiyyətləri haqqında yeni elmi fikirlər formalaşdırlıb, əmələgəlmə şəraitləri ilə bağlı rekonstruksiyalar həyata keçirilib. İşin praktiki əhəmiyyətinə gəlincə, Azərbaycan ərazində şist neft və qazının alınması perspektivlərinin aşkarlanmsı, yanar şistlərdən üzvi lüminoferlərin və üzvi gübrənin əldə olunması, həmçinin ölkə üzrə onların proqnoz resurslarının hesablanması kimi məsəslələr də bir ilk sayıla bilər. Eləcə də bu istiqamətdə patentlərin  və çoxsaylı əsərlərin  nəşri reallaşıb.  

Dissertasiya işinin rəyçiləri g.-m.e.d., professor Vaqif Qurbanov və f.-r.e.d. Qalina Martınova, həmçinin müdafiə ətrafıda çıxış edən alimlərdən akademik Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, g.-m.e.n. Şahvələd Köçərli və başqaları O.Abbasovun tədqiqatlara müasir metodla yanaşmasını xüsusi vurğulayıblar, əldə olunan nəticələrin ölkədə  şist sənayesinin inkişafı üçün mühüm əhəmiyyət daşıyacağını bildiriblər.

Kollokvium üzvləri həmçinin iddiaçı alimə tövsiyələrini də dilə gətiriblər və nəticədə yekdil qərarla dissertasiya işinin növbəti mərhələdə müzakirə olunmasını dəstəkləyiblər.

next
next