
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GƏNC ALİMLƏRİN ELMİ SEMİNARI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının növbəti elmi seminarı keçirilib.
Elmi seminarda II kurs magistrantlarından Elnur Musayev, Nazlı Səmədzadə, Cəlal Əsgərov və onların elmi işləri üzrə rəhbərləri g.-m. f.d. Rauf Kərimov, g.-m. f.d. Zəki Vəliyev iştirak ediblər. Seminarı giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev cari seminarda öz işləri barədə məlumat verəcək gənclər haqqında danışıb.
Elnur Musayev “Azərbaycanın Vəndam zonası vulkan-plutonik komplekslərinin petrologiyası və onların filizliliyi”, Nazlı Səmədzadə “Göyçə-Həkəri ofiolit komleksinin petrologiyası və filiz formasiyaları”, Cəlal Əsgərov “Daşkəsən polifazalı intruzivinin metasomatik proseslərinin petrologiyası” mövzusunda olan elmi işini təqdim edib.
Seminarda iştirakçıların çoxsaylı suallarına aydınlıq gətirilib.