Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 May 2023 İclaslar İclaslar

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstititunda Yer elmləri sahəsində Ümumrespublika elmi seminarı keçirilib.


Seminarı giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə Azərbaycanda palçıq vulkanlarının alimlərin həmişə diqqət mərkəzində olduğunu və buna görə də deyilən  sahədə tədqiqat işlərinin səngimədiyinin təbii olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Palçıq vulkanları tullantıları yaşının təyin edilməsində xemostratiqrafik yanaşma” mövzusunda İnstitutun mühəndisi Fuad Əliyevin təqdimatı bu baxımdan təsadüfi deyil.


Dissertant Fuad Əliyev 2015-ci ildən etibarən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna, Rusiya) Neytron fizikası laboratoriyasında TANGRA layihəsi çərçivəsində aparılan tədqiqatlarda fəal iştirak edib. O, hazırda geologiya və geofizika sahələrində neytron-aktivləşmə analizinin imkanlarından istifadə etməklə fəlsəfə doktorluğu dissertasiya işi üzrə tədqiqatlar aparır.


Təqdimat üçün söz Fuad Əliyevə verildikdə o,  diqqətə çatdırıb ki, onun apardığı tədqiqatlar nəticəsində neytron-aktivləşmə və qamma-spektrometrik metodların köməyi ilə Şərqi Azərbaycanın çökmə süxurları kəsilişində radioaktiv və geokimyəvi parametrlərin variasiyasının korrelyasiyası və tsiklik xarakteri müəyyən edilib, həmçinin Azərbaycanın Orta Yura və Maykop çöküntüləri üçün radioaktivliyin yüksək göstəricilərinin təbiəti öyrənilib. Tədqiqatlar zamanı mikrofaunistik analizdən istifadə edərək tədqiq olunan vulkan brekçiyası və qumdaşı nümunələrinin stratiqrafik yaşı müəyyən olunub və həmin nümunələrdə süxurların geoloji yaşını göstərən fauna aşkar edilib.


Məruzəçi vurğulayıb ki, əldə olunan nəticələrə əsasən, Təbaşir yaşlı qumdaşı və vulkan brekçiyası nümunələrinin təbii radioaktivlik qiymətlərinin ən aşağı göstəricilərə malik olduğu  nəticəsi alınıb.


Gənc alimin təqdimatı maraqla dinlənilib, çoxsaylı suallara aydınlıq gətirilib. Təcrübəli alimlərin çıxışlarında səsləndirilən mülahizələrə əsasən Fuad Əliyevə apardığı tədqiqat işində daha faydalı istiqamətlər tövsiyə olunub.  

 

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
next
next