Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
MƏŞHÜR PROFESSOR CELAL ŞENGÖR GGİ ALİMLƏRİNİN MÜŞAYİƏTİ İLƏ PALÇIQ VULKANLARI İLƏ TANIŞ OLUB
Azərbaycanın palçıq vulkanları ilə tanışlıq məqsədilə səfərə gəlmiş türkiyəli geolog professor Celal Şengör Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi dosent Orxan Abbasov və kiçik elmi işçi Elnur Baloğlanovun müşayiəti ilə palçıq vulkanları ilə tanış olub. Qonaqla yanaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Fransa-Azərbaycan Universitetinin tələbələrindən ibarət kollektiv də ekskursiyaya qoşulub. ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyası kimi çoxsaylı nüfuzlu qurumun üzvü seçilmiş alimi və yerli qonaqları Azərbaycan palçıq vulkanları ilə tanış etmək, onların fəaliyyət xüsusiyyətləri, əmələgəlmə prosesi kimi maraq doğuran məsələlərə aydınlıq gətirmək missiyasını daşıyan İnstitut alimləri qonaqların vulkanlara, Azərbaycanın geologiyasına və geotektonikasına dair çoxsaylı sualları cavablablandırıblar.
Alimlərimiz Celal Şengöra İnstitut tərəfindən tərtib olunmuş “Azərbaycanın palçıq vulkanları atlası”nı, geoloji və tektono-geodinamik xəritələri, “Palçıq vulkanizmi” kitabını və vulkanların püskürmələrinə dair üç dildə nəşr olunmuş kataloqları da təqdim ediblər.