
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU GƏNCLƏRİNİN ELMDƏ VƏ İDMANDA UĞURLARI
Azad həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiadada (şahmat, stolüstü tennis, futbol üzrə), həmçinin geologiya və geofizika üzrə III Ümumrespublika olimpiadasının final mərhələsində Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun gəncləri yaxşı nəticələr əldə ediblər.
Reyhan Qaraşova- tennis üzrə 3-cü yer
Gülcamal İsayeva- şahmat üzrə 2-ci yer
Veysəl Məmmədov- tennis üzrə 1-ci yer
Geologiyada və Geofizikada fənlərarası tədqiqatlar – elmin gələcəyidir ” adlı geologiya və geofizika üzrə III Ümumrespublika olimpiadası final mərhələsinin nəticələri:
1-ci yerin qalibi - Fidan Abdullayeva
2-ci yerin qalibi - Elnur Musayev
3-cü yerin qalibi - Zöhrab Əliyev
Həvəsləndirici mükafat - Göyçək Təşviqi
Qaliblərə mükafatları GGİ-nin son Elmi şura iclasında İnstitutun baş direktoru akademik Akif Əlizadə təqdim edib.