Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 May 2023 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA 11 DOKTORANT VƏ DİSSERTANT ATTESTASİYADAN KEÇİB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika  İnstitutunda elmlər və fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası ilə bağlı yaradılmış komissiyanın iclası keçirilib.


İnstitutun baş direktoru akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda elmlər doktoru proqramı üzrə 5 dissertant, fəlsəfə doktoru proqramı üzrə təhsil alan 6 doktorantın attestasiyası keçirilib.


Doktorantlar və dissertantlar attestasiya komissiyasına bütün zəruri sənədləri, o cümlədən dissertasiya işinin gedişatı haqqında hesabatı təqdim ediblər.  


İddiaçılar təqdim etdikləri dissertasiya mövzusunun planına və əsasnaməyə uyğun olaraq elmi işlərinin gedişatı haqqında, həmçinin üzərində işlədikləri elmi mövzu strukturunun qısa məzmunu barədə məlumatlarını açıqlayıblar.


Attestasiya komissiyası doktorant və dissertantların fərdi iş planlarının yerinə yetirilməsi, fəlsəfə doktoru imtahanlarının verilməsi, məqalələrin yerli, xarici və impakt faktorlu nəşrlərdə dərc edilməsilə əlaqədar müzakirələr aparıb. İclasda həmçinin onların, dissertasiya işlərinin hazırlanmasında və gedişatında böyük əhəmiyyət kəsb edən çöl işlərində iştirak haqqında da söhbət aparılıb.


Komissiyanın iclasında  attestasiya olunanlarla söhbət zamanı dissertasiya işinin aparılmasında rast gəlinən bəzi çətinliklər və problemlərdən bəhs edilib. Sədr akademik Akif Əlizadə  dissertasiya işinin uğurla başa çatdırılmasına mane olan problemlər yaranacağı təqdirdə onların tezliklə   həlli üçün müəssisənin rəhbərliyi tərəfindən lazım olan hər cür dəstək göstəriləcəyini bildirib, eləcə də müvafiq tövsiyələtini diqqətə çatdırıb.

 

GEOLOGİYA VƏ GEOFİZİKA  İNSTİTUTUNDA 11 DOKTORANT VƏ DİSSERTANT ATTESTASİYADAN KEÇİB
GEOLOGİYA VƏ GEOFİZİKA  İNSTİTUTUNDA 11 DOKTORANT VƏ DİSSERTANT ATTESTASİYADAN KEÇİB
GEOLOGİYA VƏ GEOFİZİKA  İNSTİTUTUNDA 11 DOKTORANT VƏ DİSSERTANT ATTESTASİYADAN KEÇİB
next
next