Ana Səhifə / Xəbərlər

Xəbərlər

31 Mar 2023 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Yer Elmləri Bölməsi Elmi Şurasının sədri akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Qurban Yetirmişli, Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru c.e.d. Zakir Eminov və digər əməkdaşlar iştirak ediblər. 


Tədbir öncəsi 31 Mart – Azərbaycan xalqının soyqırımı günü bir dəqiqəlik sükutla yad edildikdən sonra İnstitutun baş direktoru akademik Akif Əlizədə Elmi şuranın gündəliyini səsə qoyub.Təsdiqlənmiş gündəlik əsasında “Qafqaz-Xəzər bölgəsinin iqlim, müasir tektonik proseslər, dəniz səviyyə dəyişmələri və topoqrafiya əlaqəsinin təhlili (2020-2023)” mövzusunda akademik Fəxrəddin Qədirovun və Coğrafiya İnstitutunun baş direktoru c.e.d. Zakir Eminovun məlumatları dinlənilib. Alimlər mövzuya uyğun olaraq Xəzər dənizinin su səthinin dinamikası, atmosfer dəyişilikləri və digər aktual elmi yöndə son illərin nəticələrini xülasə şəklində təqdim ediblər.


“Azərbaycanın müalicəvi neftlərinin (Naftalan) biomarkerləri və adamantoidləri (2021 2023)”mövzusunda f.-r.e.d. Qalina Martınovanın təqdimatı maraqla qarşılanıb. Məruzəçi müalicəvi və yanacaq təyinatlı Azərbaycan xam neftindən səhiyyədə istifadə üsullarını, Naftalan neftinin  mikrobioloji xüsusiyyətlərini, ümumiyyətlə, naftalanoterapiya istiqamətində tətbiq olunan neftin tərkibi barədə müfəssəl bilgi təqdim edib. Mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb. Məruzə ətrafında çıxışlar zamanı akademik Akif Əlizadə bildirib ki, dəyərli məruzədə neftlə müalicənin daha hansı ölkədə tətbiq edildiyi barədə müqayisəli fakt səsləndirilsəydi, bugünki dəyərli məruzə daha cəlbedici ola bilərdi.


Kadr hazırlığı haqqında y.e.f.d. Səadət Ələkbərova məruzə edərək bildirib ki, 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasını müvəffəqiyyətlə başa vurmuş I və II kurs magistrantları attestasiyadan keçiblər. Attestasiya GGİ-nin icraçı direktoru AMEA müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə aparılıb.


S.Ələkbərova “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təhsil alan magistrantların qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti və digər işlər barədə  attestasiya üzrə komissiyanın qərarını Elmi şuraya təqdim edib və sənəd təsdiq edilib.


İclasın sonunda Geologiya və Geofizika İnstitutu üzrə elmi-populyar kitabların  nəşrə tövsiyəsi məsələsinə baxılıb və üç adda kitabın bu il çap edilməsi qərara alınıb. 

 

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
next
next