Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ MAARİFLƏNDİRMƏ TƏDBİRİ
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
Tədbiri İnstitutun Mülki Müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev açaraq Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə Günü" kimi qeyd edilir.
1995- ci ildən isə Ümumdünya Mülki Müdafiə günü hər il konkret bir mövzuya həsr olunur və buna müvafiq müxtəlif kütləvi tədbirlər keçirilir. Builki mövzu “Risklərin qiymətləndirilməsində İnformasiya texnologiyalarının rolu”dur. Bu tədbirin hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini mülki müdafiənin həyati əhəmiyyətinə cəlb etmək, eyni zamanda mülki müdafiə işçilərinin işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
Oqtay Fərzəliyev daha sonra tədbirdə iştirak edən əməkdaşlara müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsinin baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyalarının və rabitənin rolunu diqqətə çatdırıb. Eləcə də fövqəladə hal risklərinin qiymətləndirilməsində əsas vəzifələri, informasiya texnologiyaları vasitəsilə fəlakətlərin baş verməsinin uzunmüddətli ehtimalı və təhlükə barədə məlumatların əldə edilməsinin vacibliyini qeyd edib.
Qərargah rəisinin mövzuya aid çıxışı müvafiq video-çarxlarla müşayiət olunub.