Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Mar 2023 Diqər xəbərlər Diqər xəbərlər

BDU TƏLƏBƏLƏRİ GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA İSTEHSALAT TƏCRÜBƏSİNƏ BAŞLAYIBLAR

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “kimya” ixtisası üzrə təhsil alan IV kurs 24 tələbəsi Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə  istehsalat təcrübəsinə başlayıb.

12 nəfərlik iki yarımqrupa bölünmüş tələbələr  analizlərin aparılmasının ilk mərhələsindən son mərhələyə (nəticənin alınmasına) qədər BDU-nun “Analitik kimya” kafedrasının müəllimləri Minayə Məmmədovanın və Rizvan Abdullayevin  iştirakı ilə təcrübə keçəcəklər.

May ayının 25-nə kimi davam edəcək istehsalat təcrübəsi prosesinə kafedranın rəhbəri Famil Çıraqov nəzarət edəcək.

İstehsalat təcrübəsi müddətində təcrübəçi tələbələrə aparılan analizlər haqqında şöbənin rəhbəri Nazim Sadıqov və  elmi əməkdaşlar  ətraflı məlumat verəcəklər, həmçinin analitik cihaz və avadanlıqlardan istifadə vərdişləri aşılayacaqlar.

Hazırda tələbələr şöbənin iş prinsipləri, həyata keçirilən analiz-tədqiqatlarla yaxından tanış olur, maraqlandıqları suallara əyani olaraq cavab alırlar.

next
next