
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
III ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLƏCƏK
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan geoloq və geofizik tələbələr üçün “Geologiyada və Geofizikada fənlərarası tədqiqatlar - elmin gələcəyidir” adlı III Ümumrespublika olimpiadası keçiriləcək.
Olimpiada ali ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.
Xatırladaq ki, Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası 2022-ci ildə tələbələr üçün II olimpiada təşkil etmişdir. “27 mart Elm gününə” həsr olunmuş “Gələcəyə addım II” adlı olimpiada bakalavr və magistrlər arasında keçirilmişdir.
Tələbələrin Yer elmlərinə həvəsini artırmaq, onların potensialını və istedadını inkişaf etdirmək, elm ilə təhsilin vəhdətindən faydalanmaq məqsədilə ərasəyə gətirilən olimpiadada 38-dən çox tələbədə iştirak etmişdi. Qaliblərə mükafat və diplomlar təqdim olunmuşdu.