Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
“HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ AMEA-nın YER ELMLƏRİ BÖLMƏSİNDƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Yer Elmləri Bölməsində yerli və beynəlxalq əhəmiyyətli forum, dəyirmi masa və seminarların, “Heydər Əliyev və neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Həmçinin Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransının keçirilməsi planlaşdırılıb.
Bunu Yer Elmləri Bölməsinin növbəti iclasında bölmənin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov söyləyib. F.Qədirov, eyni zamanda, ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası üzrə Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün Tədbirlər Planında aidiyyəti bəndlərin icrasının diqqət mərkəzində olacağını qeyd edib.