
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTITUTUNDA “MUSİQİ AXŞAMI” REALLAŞIB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə “musiqi axşamı” təşkil edilib.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, məşhur pianoçu Səidə Tağızadənin və Respublikanın Əməkdar artisti tarzən Sahib Paşazadənin iştirakı ilə “musiqi axşamı” reallaşıb.
Tədbirdə klassik və milli musiqi nümunələrindən ibarət kompozisiyalar, vətənpərvərlik ruhunda musiqi paçaları, dünya musiqisindən nümunələr ifa olunub, İnstitut əməkdaşları ilə musiqi mövzusunda dialoq qurulub. Konsert proqramı dinləyicilər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə maraqlı proqram üçün musiqiçilərə kollektiv adından təşəkkür edib. Sonra xatirə fotosu çəkdirilib.