Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Dec 2010
Diqər xəbərlər
TALIŞIN YERALTI SULARININ TERMAL REJİMİ VƏ HİDROKİMYƏVİ XARAKTERİSTİKASI
Xülasə
Məqalədə Talışın yeraltı sularının termal rejiminə və hidrokimyəvi tərkibinə baxılmışdır. İstilik rejimi barədə informasiya mineral bulaqların temperatur göstəricilərinə əsaslanır. Talışın temperatur rejiminin xüsusiyyətləri həm regional (B. və K. Qafqazın mineral bulaqlarının temperaturu ilə müqayisədə), həm də lokal (Talış ərazisində bulaqların temperaturunun dəyişməsi) planda yaxşı ayrılır. Regional planda B. və K. Qafqazla müqayisədə Talış mineral bulaqların daha yüksək temperatur rejimi ilə seçilir. Talış ərazisində mineral bulaqların temperaturunun paylanma xarakteri də çox maraqlıdır və mozaik xarakter daşıyır. Beləki, yüksək temperaturlu bulaqlar Talışın ŞŞ hissəsində, nisbətən aşağı temperaturlu bulaqlar isə CQ hissəsində yerləşmişdirlər. Maraqlıdır ki, bütün yüksəktemperaturlu bulaqlar məkan etibarilə yüksək seysmikliyi ilə fərqlənən Talışönü yarığa aid edilirlər. Məqalədə Talışın yeraltı sularının qaz rejiminin xüsusiyyətləri də qeyd olunur.