Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Dec 2010 Diqər xəbərlər Diqər xəbərlər

GÜMBULÇAY KOLÇEDAN-POLİMETAL TƏZAHÜRÜNÜN (BÖYÜK QAFQAZ) LİTOKİMYƏVİ ANOMALİYALARININ ƏSAS MORFOLOJİ VƏ GEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ



Xülasə
 
 
Balakənçay və Gümbulçay çayları arasında yerləşən Gümbulçay təzahüründə anomal geokimyəvi sahə morfologiyasına, ölçülərinə və intesivliyinə görə Katex yatağına oxşardır. Bu sahənin daxilində litokimyəvi anomaliyalar kompleks tərkibə malikdir. Katex yatağın­dan fərqli olaraq, burada onlar oreollarda qurğuşun və qalayın daha yüksək miqdarı, sinkin, misin, kobaltın isə daha kicik miqdarı ilə səciyyələnir. Bu göstərici və həmçinin zonallıq əmsalının böyük ədədi qiyməti tədqiqat aparılan təzahürün ərazisinin erozion kəsiminin səviyyəsinin Katex yatağındakına nisbətən aşağı olmasını göstərir. Anomal geokimyəvi sahənin morfologiyası, kompleks tərkibi, anomaliyarın uzanması boyu əhəmiyyətli dərəcədə inkişaf etməsi, eninə istiqamətində isə kəskin təzadlılığı, zonalıq əmsalının yüksək ədədi qiymətləri əsasında bu sahənin dərin horizontlarında sənaye əhəmiyyətli qalenit-sfalerit-pirit tərkibli gizli filizləşmənin aşkar edilməsinin mümkünlüyü haqqında nəticə çıxarılır.